EN

"Şimal"ın oyunlarına hakim təyinatları

Ölkəmizi Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın ilkin mərhələnin B qrupunda Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” kollektivləri ilə keçirəcəyi oyunlarının hakimlər briqadası açıqlanıb.

"Football-plus.az" xəbər verir, UEFA “Football School Bridge” ilə görüşə monteneqrolu, “Qothenburq”la matça isə moldovalı baş hakimi təyin edib. Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

Football School Bridge – Şimal
28 iyun. Saat 19.00.
Baş hakim: MİLOŞ BOŞKOVİÇ (Monteneqro)
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)
Dördüncü hakim: Robertas Valikonis (Litva)

Şimal – Qothenburq
1 iyul. Saat 19.00.
Baş hakim: DUMİTRİ MUNTEAN (Moldova)
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)

Chosen
162
17
football-plus.az

10Sources