EN

Uşaqlar arasında qızılcaya yoluxma halları aşkarlanıb - Səhiyyə Nazirliyi

Azərbaycanda qızılcadan peyvənd olunmayan uşaqlar arasında bu xəstəliyin yoluxma halları müşahidə edilib. Bu barədə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda deyilir. 

"Cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib. İstənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir. Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur", - məlumatda deyilir.
 
Nazirlik bildirib ki, Azərbaycanda 2014-cü ildən bu yana qızılcaya yoluxan olmayıb. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu xəstəliyə yoluxan ölkələr siyahısından çıxarılıb. 
 
Səhiyyə Nazirliyinin sentyabrda açıqladığı məlumatda Azərbaycanda qızılcaya yoluxanların sayı 24 olduğu açıqlanıb. 

Gülnar Nazimqızı 

www.anews.az
Chosen
205
35
anews.az

10Sources