EN

Sakinlərin NƏZƏRİNƏ: Kürdəmir və Lənkəranda qaz olmayacaq

Sabah saat 09:00-dan "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" yüksək təzyiqli magistral qaz kəmərindən "Sığırlı" QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan "Xarxatan qol" yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, "Xarxatan" və "Sığırlı" ölçü qovşaqlarından qaz təchizatının dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, iki qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Bizim.Media

Chosen
73
49
bizim.media

10Sources