EN

Fazil Mustafa: 50-dən yuxarı bal toplamış müəllimlərin maaşları artırılmalıdır

Milli Məclisin 2024-cü il 28 iyun tarixində keçirilən növbədənkənar sessiyasının son iclasında çıxış edən deputat Fazil Mustafa bəzi məsələlərə toxunub. O milli qəhrəman Natiq Qasımov barədə danışıb.

"ilk öncə onu qeyd etmək istəyirəm ki, Milli Qəhrəman Natiq Qasımovun anasına Prezident təqaüdünün verilməsi çox gözəl bir addımdır. Bu onu göstərir ki, gec də olsa hər şey öz qiymətini tapır", deyə deputat müansibət bildirib. Daha sonra Fazil Mustafa müəllimlərin sertifikasiyasına toxunub.

"Digər bir məsələni də qeyd etmək istəyirəm ki, inkişaf etmiş ölkələrin əksərində təhsil səfərbərliyi var. Məncə 44 günlük müharibədən sonra bizdə də təhsil səfərbərliyi elan edilməlidir. Müəllimlərin sertifikasiya keçirilir, amma sanki ən zəif bənd müəllimlərdir. Müəllimlərim özünün də sertifikasiya imtahanından keçməsi üçün imkanı yoxdur", deyə fikir səsləndirən deputat təklif irəli sürüb.

"Sertifikasiya imtahanlarının özündə də qüsurlar var. Burada da dəyişikliklər olmalıdır. 50-dən yuxarı bal toplamış müəllimlərin maaşları artırılmalıdır", deyə Fazil Mustafa fikrini yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az

Chosen
12
2
hurriyyet.az

6Sources