İsrail 80 fələstinlini həbs edib
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində HƏMAS liderləri də daxil olmaqla azı 80 fələstinlini saxlayıb.
Sonxeber.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi İsrail qüvvələrinin İordan çayının qərb sahilində (Həmasdan olan) rəhbər işçilər də daxil olmaqla ən azı 80 fələstinlini saxladığını açıqlayıb.
Açıqlamada İordan çayının qərb sahilində oktyabrın 7-dən bu yana nəzarətə alınanların sayının 1350-yə yüksəldiyi bildirilib.