BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin olmamasından narahatlığını bildirib.Missiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabata şərhində deyilir.Komitə Ermənistanı ayrı-seçkiliyə qarşı qanunvericiliyinin icrasını gücləndirməyə çağırıb.