EN

Rusiya MN gündəlik bülletenlərdə Qarabağdakı yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərdə Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.Gununsesi.info xəbər verir ki, bugünkü bülletendə “Qarabağ” Azərbaycanın Qarabağ iqtisadi rayonu, “Stepanakert” Xankəndi kimi təqdim olunub.Bununla yanaşı, “Mardakert” Ağdərə, “Əsgəran” Xocalı, “Martuni” Xocavənd kimi qeyd edilib.Bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ dövründəki terminlər istifadə edilib.Gununsesi.info

Chosen
429
6
gununsesi.info

10Sources