EN

BƏDBƏXT HADİSƏ: 4 uşaq yanan evin içində qaldı və...

Tarix: 26 Oktyabr 2023 07:48

Qazaxıstanın şərqindəki Abay rayonunun Ayagöz şəhərində fərdi yaşayış evində baş verən yanğında 4 uşaq həlak olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Faciə ötən gün səhər saatlarında baş verib. Otaqlardan birində 20 kv.m sahədə əşyalar yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 4 uşağın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı polis araşdırma aparır.
Milli.Az

Chosen
138
5
sonxeber.net

5Sources