EN

BƏDBƏXT HADİSƏ: 4 uşaq yanan evin içində qaldı və…

Qazaxıstanın şərqindəki Abay rayonunun Ayagöz şəhərində fərdi yaşayış evində baş verən yanğında 4 uşaq həlak olub.Gununsesi.info report-a istinadən xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.Faciə ötən gün səhər saatlarında baş verib. Otaqlardan birində 20 kv.m sahədə əşyalar yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı 4 uşağın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı polis araşdırma aparır.

Chosen
140
5
gununsesi.info

5Sources