Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxıngünlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit havaşəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü küləkəsəcəyi, leysan yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqınkeçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiqtəhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur:
"Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsizamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyiqaydalarına ciddi riayət edilməlidir.
Bundan əlavə, sel və daşqından qorunmaq üçün sel və daşqıntəhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhalyaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrikcihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".