İnsan nə qədər çox hərəkət edərsə və nə qədər sağlam yatsa, bir o qədər sağlam olar. Bir çox insan ürək sağlamlığını qorumaq üçün gününü necə düzgün təşkil edəcəyini düşünür.
Bəs vaxt normasını necə təyin etmək olar?
Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın Melburn şəhərindəki Baker Ürək və Diabet İnstitutunun tədqiqatçıları yatmaq, oturmaq və gəzmək üçün optimal vaxt miqdarını müəyyən etmək üçün araşdırma aparıblar. Onların tapıntıları insanlara ürək xəstəliyi və tip 2 diabet riskini azaltmağa kömək edə bilər.