EN

Sabahın hava proqnozu açıqlandı

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Chosen
869
49
olaylar.az

10Sources