ABŞ Prezidenti Co Bayden Lyuiston şəhərindəki atışma qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bayraqların yarıya endirilməsi barədə qərar imzalayıb.
Bu barədə Ağ Evin saytında məlumat verilib.
Bildirilib ki, oktyabrın 30-dək Ağ Evdə, bütün ictimai binalarda, hərbi postlarda, dəniz stansiyalarında və hərbi dəniz gəmilərində bayraqlar yarıya qədər endirilir. Qərara əsasən, ABŞ-nin bütün səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və xaricdəki digər obyektlərində də bayraq endiriləcək.
Xatırladaq ki, bu gecə Men ştatının Lyuiston şəhərində silahlı insident olub. Hadisə zamanı 22 nəfər ölüb, 60-ı isə yaralanıb.
Cebhe.info