Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov dava zamanı bıçaqlanıb.BUTA.TVAPA-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb. Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub. Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.