Bakıda toyda başlayan dava qanla bitdi - Video
Paytaxtda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.BUTA.TV xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində, "Atçılıq" yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaq xəsarətləri alıblar. Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, toyda qonşular arasında mübahisə yaranıb: "Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları "söhbət"ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər". Ətraflı Baku TV-nin süjetində: