EN

Qəzza zolağına genişmiqyaslı hücum: rabitə sistemi də çökdü

Qəzza zolağında rabitə və internet xidmətləri tamamilə kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Qəzza zolağında rabitə sistemi çöküb:

“İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma başlayıb. Qəzza zolağı müharibə başlayandan bəri bu gün ən güclü bombardmana məruz qalıb. Şiddətli atəşə məruz qaldığı üçün Qəzza zolağında mobil telefon və internet xidmətləri tamamilə kəsilib”.

CNN İsrailə məxsus artilleriya və tankların sərhəddə aktiv zərbələr endirdiyini bildirir.

Qeyd edək ki, yerli mənbələr İsrailin yaxın 24-72 saat ərzində Qəzzada quru əməliyyatlarına başlayacağını bildirmişdi.

Globalinfo.az

Chosen
413
1
globalinfo.az

2Sources