EN

HƏMAS Hava Qüvvələrinin komandiri öldürüldü

İsrail Müdafiə Ordusu HƏMAS Hava Qüvvələri komandiri Asem Abu Rakabı zərərsizləşdirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Asem Abu Rakab oktyabrın 7-si Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində qətliam törədilməsinin planlaşdırılmasında iştirak edib. O, həmçinin paraplanlarda İsrailə daxil olan terrorçulara rəhbərlik edirdi.

Chosen
232
5
qafqazinfo.az

6Sources