EN

İƏT beynəlxalq ictimaiyyətə müraciət etdi

Bakı. Trend:

Bu il oktyabrın 27-də Cammu və Kəşmirin Hindistan tərəfindənqeyri-qanuni işğalının 76 illiyi ilə əlaqədar İslam ƏməkdaşlıqTəşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bumünaqişənin həlli istiqamətində konkret addımlar atmağaçağırıb.

Trend təşkilatın mətbuat üçün açıqlamasına istinadla xəbər verirki, Baş Katiblik İƏT-nin Cammu və Kəşmir əhalisinin özmüqəddəratını təyinetmə hüququ da daxil olmaqla, bütün hüquq vəazadlıqlarına dəstəyini bir daha təsdiqləyib.

İslam Zirvəsi və İƏT Xarici İşlər Nazirləri Şurasının qərar vəqətnamələrinə istinad edərək, Baş Katiblik Hindistanı Cammu vəKəşmir əhalisinin əsas insan hüquqlarına hörmət etməyə və ərazininbeynəlxalq səviyyədə tanınmış mübahisəli statusu fonunda 5 avqust2019-cu il tarixindən bu günə kimi qəbul edilmiş qeyri-qanuni vəbirtərəfli tədbirləri ləğv etməyə çağırıb.

Chosen
339
15
az.trend.az

10Sources