EN

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 29-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Chosen
336
49
aznews.az

10Sources