Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.
Z.Əhmədovun 5 illik səlahiyyət müddəti başa çatıb. Yenidən eyni vəzifəyə təyin edilməyib.
Baş prokuror Kamran Əliyev onun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.
Qeyd edək ki, Z.Əhmədov millət vəkili Vahid Əhmədovun oğludur.
Bununla bağlı ilk məlumatı Unikal.az saytı yayıb.