EN

Naxçıvan DİN-in əməkdaşları atış təlimində iştirak ediblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları atış təlimində iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, polis əməkdaşları təlim mərkəzində odlu silahla davranış qaydalarından və silahdan istifadə zamanı təhlükəsizliklə bağlı biliklərini təkmilləşdiriblər.

Təlimdə qanunvericiliyin tələbinə uyğun olaraq xidməti silahın tətbiqi ilə bağlı əməkdaşlara məlumat verilib.

Chosen
253
18
sia.az

10Sources