EN

Sümbülə Əliyeva azadlığa buraxıldı

1 saylı Hüquq Məsləhətxanasının mənimsəmədə ittiham olunan sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. S.Əliyeva verilmiş ittihamla təqsirli bilinib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. S.Əliyeva məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. O, əvvəl azadlıqda olsa da, məhkəmədən yayındığı üçün həbs edilib. Prokuror ona 4 il həbs cəzası tələb etmişdi.

Chosen
114
9
manset.az

10Sources