EN

İlin ikinci Ay tutulması başa çatıb - YENİLƏNİB

İlin

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu ilin ikinci Ay tutulması başa çatıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-də Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlayıb. Saat 23:35-də qismən tutulma olub. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verib. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatıb.

28 oktyabr

22:01

2023-cü ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu, qismən Ay tutulmasıdır.

Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlanıb. Saat 23:35-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verəcək. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkündür. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunur.

Chosen
636
49
azertag.az

10Sources