EN

“Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var” – “O, qırmızı xətləri” keçməyəcək, ancaq...”

Məsud Pezeşkian prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın “Hizbullah”ı və regiondakı İsrailə qarşı yaranan müqavimət hərəkatlarını – HƏMAS təşkilatını,, husiləri və digərlərini dəstəkləməyə davam edəcəyini bildirib.

O, dirəniş hərəkatlarına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib: “İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib. Əminəm ki, regiondakı dirəniş hərəkatları İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin”.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Məsud Pezeşkianın bu açıqlaması ali dini lider və onun ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirməyə yönəlib.

“Prezident vəd edir ki, onların bu siyasətinə qarışmayacaq”, - ekspert əlavə edib.

Politoloqa görə, bu əvvəlcədən də bəlliydi ki, Məsud Pezeşkian ilk gündən ehtiyatlı olmalı, “qırmızı çizgiləri” aşmamalıdır: “İsraillə münasibətlər və “Hizbullah”a dəstək İran rejiminin “qırmızı cizgisinin” bünövrəsini təşkil edir. Buna baxmayaraq, Məsud Peşezkian gələcək açıqlamalarıyla ABŞ və Avropa İttifaqının İrana yönəlik nəbzini yoxlamağa çalışacaq. İranın buna ehtiyacı var”.

E.Şahinoğlu vurğulayır ki, Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var.

“Aydındır ki, Məsud Pezeşkian bu istiqamətlərdə də “qırmızı çizgiləri” tam adlamayacaq, ancaq heç olmazsa, münasibətlərin normallaşmasına, gərginlik yaradan məsələlərin həllinə çalışmalıdır. Bu da olmasa, o keçmişdə dediklərindən faktiki imtina etmiş olacaq”, - o, qeyd edib.

“AzPolitika.info”

Chosen
148
10
azpolitika.info

10Sources