Mövsümü erkən başa vuran "Inter Mayami"nin futbolçusu Lionel Messi yeni görüntüləri ilə gündəmə gəlib.
Day.Az yenisabah.az-a istinadən xəbər verir ki, son aylar Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çueko sosial mediada populyarlıq qazanıb.
Onların yeni görüntülÉ™ri paparazzilÉ™rin kameralarına tuÅŸ gÉ™lib. Meydançada futbolçunu tÉ™k buraxmayan Çuenko onu hÉ™tta xanımı ilÉ™ istirahÉ™t zamanı da gözdÉ™n iraq qoymur.Â
Messi və xanımının birgə istirahət etdiyi fotoda cangüdənin də yanlarında oturması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, cangüdən "Inter Mayami"nin matçları zamanı argentinalı superulduzun xüsusi müdafiəsi ilə diqqət çəkir. Cangüdənin vəzifələrinə meydançanın hər perimetrində Messinin hərəkətlərinə nəzarət etmək daxildir.
Çueko Messini qorumaq üçün hər il 250 min dollar maaş alır. Onun vəzifəsini fədakarlıqla yerinə yetirməsi sosial şəbəkələrdə populyarlığını xeyli artırıb.