EN

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi – FOTO  

Şüvəlan qəsəbəsindəki çimərlik ərazidə silahlar aşkarlanıb. 

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazidə Nəsirov Fərid Babaəli oğluna məxsus 24 ədəd tüstü bombası, 11 ədəd 5,45 mm və 22 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd süngü bıçaq, 1 ədəd fişəng tapançası aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 


Bizim.Media

Chosen
75
8
bizim.media

9Sources