EN

Onlara yeni vəzifə verildi

Baş prokuror Kamran Əliyev yeni əmrlər imzalayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Demedia.az-a bildirilib ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Gülüstan Abdullayeva Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Bununla da, prokurorluq orqanlarında rəhbər vəzifədə çalışan qadın əməkdaşların sayı 11-ə çatıb.

Fotoda: Günay Məmmədli

Fotoda: Gülüstan Abdullayeva 

Chosen
76
49
demedia.az

3Sources