Xaçmazda evdən qadın meyiti tapılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, meyit şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.