EN

Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

Bakıda AFFA tərəfindən UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək. Kurslar avqustun 12-dən 15-dək (1-ci modul), sentyabrın 9-dan 12-dək (2-ci modul), sentyabrın 30-dan oktyabrın 3-dək (3-cü modul) və noyabrın 4-dən 8-dək (imtahan həftəsi) baş tutacaq.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. “C” Lisenziya və diplomun surəti
 
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
Həftənin I-V günləri saat 9:00-dan 17:00-dək müraciət etmək olar.
Sənədlər iyulun 15-dən avqustun 5-dək qəbul olunacaq.
Chosen
136
affa.az

1Sources