EN

Rumıniya üç vətəndaşının Həmas-ın girov saxladığını təsdiqlədi

Qəzza zolağında saxlanılan girovlar arasında üç Rumıniya vətəndaşının olduğu açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Rumıniya Xarici İşlər Nazirliyi ötən gün yayılmış məlumatı təsdiqləyərkən deyib.

Bildirilib ki, bu barədə Rumıniyanın Təl-Əvivdəki səfirliyi ilə əlaqə saxlanılıb:

"Hər üç girovun Rumıniya-İsrail vətəndaşlığı var. Onların girovluqdan azad olunması üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, oktyabrın 7-dən sonra HƏMAS-İsrailə qarşıdurmasında ən azı beş Rumıniya vətəndaşı həlak olub.

Chosen
882
1
qafqazinfo.az

10Sources