Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir. Uşağınızın məktəbə hazır olub-olmamasını necə yoxlamaq olar? Bunun üçün sizə bir neçə özünəməxsus maraqlı testlər təqdim edirik. Bu testlər sizə uşağınızın məktəbə hazırlıq səviyyəsini müəyyən etməyə kömək edər.- Uşaga heyvanlar haqqında bir nağıl danışın. Bu nağılda hər bir personaj nəyə görə məktəbdə oxumaq istədiyini bildirir. Məsələn, məktəbli dovşan deyir: ”Mən məktəbə ona görə gedirəm ki, anam məni buna məcbur edir”. Tülkü balası isə cavab verir:
- Uşağın məktəbə hazırlıq dərəcəsinin daha bir göstəricisi - nitqin inkişafıdır. Uşaqdan ona oxuduğunuz kiçik (6-7 cümlə) hekayəni sizə danışmağını və ya baxdığı multiplikasiya filminin məzmununu söyləməyini xahiş edin. Əgər uşaq sözləri çətinliklə uzlaşdırırsa, düzgün cümlə qura bilmirsə, süjet xəttini (başlanğıc, orta, son) məntiqi şəkildə qura bilmirsə, demək, nitqin inkişaf etdirilməsi üzərində hələ çalışmaq lazımdır. Bu halda ən effektiv üsul - ucadan kitab oxumaqdır. Gündə yarım saatdan az olmayaraq uşağa nağıl və hekayələr oxuyun. Sonra isə oxuduğunuzdan ona suallar verin. Bu zaman siz onun diqqət və yaddaşını məşq etdirib möhkəmləndirirsiz.
- Uşaqla “artıq sözü tap” oyunu oynayın. Hər hansı bir sözü seçin. Məsələn, nar sözünü. Sözü bir neçə dəfə təkrar edin, sonra arada onun əvəzinə oxşar söz deyin:
- Uşağın məntiqinin nə dərəcədə inkişaf etməsi də əhəmiyyət kəsb edir. Aşağıdakı cümlələri bitirməyi uşaqdan xahiş edin: “Qışda paltarsız küçəyə çıxsan...”, “Yağış yağıb, ona görə də...”.
- “Dördüncü artıqdır” oyununda uşağa 4 sözdən ibarət sıralar təklif edin. Hər bir sırada uşaq artıq olan bir sözü tapmalıdır. Məsələn: stol, stul, divan, pəncərə.
- Kiçik motorika, yəni əllərin kiçik əzələlərini işlətmək uşağın inkişafı üçün çox vacibdir. Plastilindən əşyalar düzəldilməsi, kağızdan cürbəcür aplikasiyaların kəsilməsi kiçik motorikanı yaxşı inkişaf etdirir. Məktəbə hazır olan uşaq çox asanlıqla qayçıyla kağızdan müxtəlif fiqurlar (həndəsi fiqurlar daha yaxşı olar) kəsərək kağıza yapışdırır, dama-dama dəftərdə çəkilən və həndəsi fiqurlardan ibarət olan naxışları təkrar edə bilir, kağızda müxtəlif uzunluqda olan xəttlər və sadə şəkillər çəkir, şəkilləri rəngləyir, plastilindən sadə əşyalar düzəldir.
Beləliklə, kiçik bir nəticəni qeyd edək. 5-6 yaşında olan uşaqlar nəyi bacarmalıdırlar?
- Yaddaş, diqqət, düşüncə: şəkillərdə olan səhvləri və uyğunsuzluqları tapmaq; 6-8 sayda şəkilləri düzgün ardıcıllıqla düzmək; verilmiş şəkildə olan 5-6 əşyanı yadda saxlamaq; əşyaların düzülüşündə olan qanunauyğunluğu aşkar etmək; iki əşya və rəsmlər arasında olan oxşarlıqları və fərqləri tapmaq; verilmış əşyalar arasında artıq hesab ediləni tapmaq və bunu izah etmək; bütün rəngləri düzgün demək və onları ayırd etmək; təbiət hadisələrini ayıra bilmək; ilin fəsillərinin ardıcıllığını və həftənin günlərini, günün hissələrini (səhər, günorta, axşam) düzgün müəyyən etmək; “dünən”, “sırağagün”, “bu gün”, “sabah”, “birisigün” sözlərinin mənasını bilmək; “bizin planet necə adlanır? (yaşadığı şəhərin adını, Vətənimizin paytaxtını) və s. bu kimi sualına cavab vermək və s.
- Riyaziyyat: 1-dən iyirmiyədək və əksinə və onluqlarla olmaqla 100-dək saymağı bilmək; rəqəmləri tanımaq, onları düzgün ardıcıllıqla düzmək və yazmaq; əşyaların sayını müqayisə etmək, “>”, “<”, “="”" işarələrinin mənasını bilmək; əşyaları ölçülərinə (uzunluğu, eni, hündürlüyü, qalınlığı) görə müqayisə etmək; tək və cüt rəqəmləri ayırmağı bilmək; sadə toplama və çıxmaya aid mısal və məsələləri həll etmək; həndəsi fiqurları (dairə, oval, üçbucaq, kvadrat, düzbucaq, romb, trapesiya) tanımaq və adlarını demək.
- Nitqin (danışıq qabiliyyətinin) inkişafı: ətrafdakı əşyaların adını demək, insanların və heyvanların hərəkətlərini danışmaq; “mebel”, “oyuncaqlar”, “nəqliyyat”, “qida məhsulları”, “meyvələr”, “tərəvəzlər”, “paltar”, “musiqi alətlər” və s. ümumiləşdirici sözlərin mənasını bilmək; əşyaları əlamətlərinə görə (dondurma - soyuq, ağ, şirin) tanımaq, əşyanın əlamətlərini müstəqil şəkildə demək; bir-birinə yaxın və əks olan sözləri (dayaz-dərin) tapmaq; içərisində, üstündə, altında, arxasında, arasında, önündə, yanında və s. bu tip sözlərin mənasını bilmək; müxtəlif peşələrin, bayramların adlarını bilmək; danışmağı bacarmaq (suallara cavab vermək və düzgün sual vermək); bir neçə şeir bilmək, tapmacaları tapmaq; verilmiş şəkilə baxmaqla 6-7 cümlə ilə onun haqqında danışmaq; danışılan əhvalatın sonunu özündən qoşmaq; sözdə olan ilk və son səsləri tapmaq; hərfin səsdən fərqini bilmək; iki və daha artıq hecadan ibarət olan sözləri oxumaq və onların mənasını bilmək; sözləri hecalara bölmək; cümlələri və kiçik mətinləri oxumaq; oxuduğunun mənasını bilmək; hərifləri və hecalarla oxumağı bilmək. ”,> Əgər sizin uşaqda yuxarıda adları sayılmış qabiliyyətlər yoxdursa və ya çox az inkişaf edibsə, deməli, o hələ məktəbə hazır deyil. İmkan dairəsində, uşağı inkişaf etdirən və ya hazırlıq qruplarına yazdırın ki, gələn il o özü üçün yeni olan dünyaya sakitlik və sevinc hissi ilə daxil ola bilsin.
Saglamolun.Az