Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.BUTA.TV xəbər verir ki, 70 saylı Neftçala seçki dairəsindən YAP-ın namizədi Fərhad Baxışovdur. F.Baxışov Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktorudur. Qeyd edək ki, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı 70 saylı (əvvəl 61 saylı idi) Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb. Bu dairədən ötən seçkilərdə T.Rüstəmxanlının həyat yoldaşı Sabir Rüstəmxanlı deputat seçilmişdi.