EN

Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər

Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə öyrənən 14-18 yaş arası gənclərə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici təlim keçirilib.

Agentlikdən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd aktual problem olan erkən nikah və qohumlar arasında nikahın yaratdığı fəsadlarla bağlı gəncləri maarifləndirmək və bu cür halların baş verməsinin qarşısını almaq, həmçinin gənclərin nikahla bağlı fikirlərinin düzgün formalaşmasına dəstək olmaqdır.

Təlimdə erkən nikah və qohumlararası nikah anlayışı, onun hüquqi və ictimai tərəfləri, səbəbləri, əhatə dairəsi, qurbanları və fəsadları haqqında məlumat verilib.

Gənclər işçi qruplara bölünərək mövzu üzrə təqdimatlar hazırlayaraq çıxışlar ediblər.

İştirakçıların psixoemosional vəziyyətinin və gələcəklə bağlı olan düşüncələrini öyrənilməsi məqsədilə psixoloji test aparılıb.

Təlimin yekununda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Mənbə: AZƏRTAC

Chosen
20
1
ilk.az

2Sources