EN

Deputat bankların faiz dərəcələrinin aşağı salınmasını təklif edib

Kiçik və orta sahibkaların inkişafı üçün özəl bankların aşağı faizlərlə kredit verməsinə ehtiyac var. Bunu deputat Fəzail Ağamalı deyib. 

"Faiz dərəcələrinin aşağı salınması vacibdir. Bu tendensiya davam etməlidir. Təxmini 5-6% olmalıdır”, - deputat noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının 2024-cü ilə büdcə müzakirəsi zamanı çıxışında qeyd edib.

Deptutat diplomatik nümayəndlərin təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. 

"Dünya dəyişir. Qələbəmizi həzm etməyənlər var. Təklif edirəm ki, müdafiə və təhlükəsizlik xərcləri 17%-dən 20%-ə qaldırılsın. Bizim regionda Rusiya və İran qonşumuzdur. Hazırda baş verən gərginlikləri nəzərə alıb təhlükəsizliklə bağlı büdcədən ayrılan pulun məbləğini artırmaq olar”, - Ağamalı qeyd edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Chosen
419
22
anews.az

10Sources