EN

Rusiya Uqledar istiqamətində hücuma keçir - Zelenskidən XƏBƏRDARLIQ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Uqledar istiqamətində irəliləmək cəhdi barədə məlumat verib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Silahlı Qüvvələr bunu dayandırıb.

 

Zelenski bildirib ki, ordu Rusiya Federasiyasına ağır itkilər verdirib, o cümlədən onlarla texnika məhv edilib. Avdeyevka yaxınlığında müdafiə əməliyyatları, cənubda isə hücum əməliyyatları davam edir.

 

Eyni zamanda, Ukrayna dəniz dəhlizindən istifadəyə hazır olan gəmilərin sığortasının hazırlanması başa çatdırılır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Chosen
330
12
modern.az

10Sources