EN

Livanın cənubunda silsilə partlayışlar baş verib

Livanın cənubunda silsilə partlayışlar baş verib

İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi zərbələr nəticəsində silsilə partlayışlar baş verib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb. Zərbələr nəticəsində üç yerli sakin yaralanıb.

“Adlyun kəndinə basqının məqsədi silah-sursat anbarı olub. Hücum zamanı digər ərazilərdə, xüsusən də Xaraib kəndində zərbələr endirilib, nəticədə üç yerli sakin yüngül xəsarət alıb”, - deyə agentliyin məlumatında bildirilib.

Anbarda mərmilərin kütləvi şəkildə partlaması nəticədə Sayada və Tir şəhərləri arasındakı magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə: AZƏRTAC

Chosen
45
5
ilk.az

6Sources