Qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, Muradalılı kənd orta məktəbinin qazlaşdırılması və digər məsələlərlə bağlı müraciətlər İmişli rayonunda keçirilən aksiyada ünvanlanıb.Rayonun Muradalılı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 8 sakin qaz təchizatında üzləşdiyi problemləri səsləndirib. Mikrofon önünə çıxan Şamil Cəbrayılovun daşıyıcı qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə isə yerində baxış keçirilib.Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.