EN

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ

Bakı, 2 noyabr, AZƏRTAC

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, sənədi ABŞ Maliyyə Nazirliyi dərc edib.

Siyahı 37 fiziki və 200-ə yaxın hüquqi şəxs, o cümlədən banklar və sənaye müəssisələri ilə tamamlanıb.

ABŞ Maliyyə Nazirliyinin bəyan etdiyi kimi, yeni sanksiyalar Rusiya Federasiyasının hərbi sənaye kompleksinə və onu dəstəkləyən strukturlara qarşı yönəlib.

Chosen
582
22
azertag.az

10Sources