Bakalavriat səviyyəsinin Məşqçilik (61) ixtisasının idman növləri üzrə ixtisas imtahanında iştirak edəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər.
Â
Bu barədə AzEdu.az-a Dövlət imtahan Mərkəzindən məlumat verilib.
Â
Mərkəzdən bildirilib ki, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, bina, lazımi sənədlər, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.
Â
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən idman növü üzrə müvafiq geyim və ya zəruri avadanlıqları (varsa) gətirməlidirlər.
Â
Qrafiklə buradan tanış ola bilərsiniz. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.
Â
Qeyd edək ki, qış idman növləri ixtisasının və Naxçıvan Muxtar Respublikasında imtahan verəcək abituriyentlər üçün futbol, atletika və basketbol ixtisaslarına aid buraxılış vərəqələri yaxın tarixlərdə saytımıza qoyulacaq.
Â