EN

Nazim Mahmudov: İyul ayının ötən dövrü ərzində havanın temperaturu normadan yüksək olub

Nazim Mahmudov: İyul ayının ötən dövrü ərzində havanın temperaturu normadan yüksək olub

İyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4° yüksək olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, iyul ayının ötən dövründə havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq, çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib: “Ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Hava bölgələrdə 6-9 gün, Abşeron yarımadasında isə 4 gün yağıntılı keçib. Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub”.

N.Mahmudovun sözlərinə görə, iyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib. Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 metr/saniyədən çox olub.

Qeyd edək ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara “sarı” və “narıncı” xəbərdarlıqlar edilib.

Mənbə: AZƏRTAC

Chosen
26
49
ilk.az

10Sources