EN

1,4 milyon manatlıq yeni rezident qeydiyyatdan keçib - SUCUQ İSTEHSAL EDƏCƏK

“Qarabağ Aqro 44” MMC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının yeni rezidenti olub.

FED.az xəbər verir ki, bu, müəssisədə sucuq istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Bu günədək Ağdam Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 72,3 milyon manat olan 11 layihənin rezidentliyi təsdiqlənib.

Chosen
87
7
fed.az

10Sources