İrəvan və Bakı arasında sülh sazişi ilə bağlı təkliflər mübadiləsinin altıncı raundu gedir, Ermənistan hələ də sülh müqaviləsinin həyata keçirilməsinə yönəlib.DİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan büdcə müzakirələri zamanı bildirib.O qeyd edib ki, sülh müqaviləsinin prinsipləri dəyişməzdir: tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması.