Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Abşeron Rayon Prokurorluğundan Demokrat.az-a verilən məlumeata görə, iyulun 23-ü saat 7 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
10Sources
-
referans.azƏri tərəfindən binadan atılan Ayşənin məzarından GÖRÜNTÜLƏR - VİDEO ( 9321564)
-
gundem.azXırdalanda binadan atılan 22 yaşlı qadın öldü, əri saxlanıldı- YENİLƏNDİ ( 9007205)
-
nocomment.azAbşeronda kişi arvadını pəncərədən atdı – Qadın öldü ( 9004172)
-
tribunainfo.azXırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutuldu ( 9001493)
-
konkret.azƏr arvadını mənzilin pəncərəsindən yerə atdı – Xırdalandakı ölümün DETALLARI ( 9001307)
-
savash.orgƏr arvadını mənzilin pəncərəsindən yerə atdı – Xırdalandakı ölümün DETALLARI ( 9000947)
-
demokrat.azƏri tərəfindən pəncərədən atılan qadın öldü ( 9000371)
-
veteninfo.azXırdalanda 22 yaşlı qadını binadan atıblar ( 9000215)
-
moderator.azXırdalanda 22 yaşlı qadını binadan atıblar ( 9000185)
-
far.azHadisəXırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB-2 ( 8999738)