Bakı. Trend:
Noyabrın 2-də Qarabağ Dirçəliş Fondu ilə Heydər Əliyev adınaMüasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə ümummilli liderHeydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zəfərdastanı” adlı tədbir keçirilib.
Müasir Təhsil Kompleksində baş tutan tədbirdə QDF-in İdarəHeyətinin sədri Rəhman Hacıyev, millət vəkili Nigar Arpadarai,mədəniyyət nazirinin müavini Murad Hüseynov, MTK-nın direktoruAygün Mikayılova, Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin direktor müavini Mehriban Vəliyeva, Nəsimi Rayon İcraHakimiyyətinin və “IDEA” İctimai Birliyinin nümayəndələri, eləcə dətəhsil komleksinin müəllim və şagird heyəti, şagirdlərinvalideyinləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar şagirdlərin müəllifi olduğu sənətəsərlərindən ibarət sərgi ilə və Qarabağı 2030-cu ildə görməkarzularını əks etdirən layihələrlə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü vətorpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətənövladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra kompleksin şagird və müəllim heyətinin ifasında “XarıBülbül” rəqsi təqdim olunub. Qeyd edək ki, rəqsin xoreoqrafıKompleksin rəqs müəllimi Turan Abdullayevadır.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev“Heydər Əliyev və Qarabağ” mövzusunda çıxış edərək ümummilliliderin Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirməkistəyən ermənilərə qarşı fəaliyyəti barədə geniş məlumat verib.
İdarə Heyətinin sədri ermənilərin Qarabağı ələ keçirməkplanlarının və bütün təxribatçı əməllərinin qarşısının xalqımızındahi oğlu Heydər Əliyev tərəfindən qətiyyətlə alınması, yalnız onun1987-ci ildə Siyasi Büro üzvlüyündən getməsindən sonratorpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edilməsi,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər OrdumuzunVətən müharibəsində qalib gələrək torpaqlarımızı işğaldan azadetməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonra Rəhman Hacıyev Qarabağda aparılan bərpa və quruculuqişləri, eləcə də Fondun bu sahədəki fəaliyyəti ilə bağlışagirdlərin suallarını cavablandırıb.
Daha sonra qonaqlar ssenari müəllifi və quruluşçu rejissoruPərviz Seyidli olan, kompleksin şagird və müəllim heyətininifasında “Zəfər dastanı” tamaşasını izləyiblər. Tamaşada türkxalqlarının XI əsrdən keçdiyi tarixi yol, Vətən müharibəsindəqazandığımız möhtəşəm qələbə səhnələşdirilib.
Tamaşanın yekununda 2020-ci ildən bəri Kompleksin ənənəsinəçevrilən, zəfərin simvolu olan Dəmir Yumruq atributunu 11-cisiniflər 10-cu siniflərə təqdim ediblər.
Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək tədbirhaqqında təəssüratlarını bölüşüb.
Tədbirin sonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinindirektoru Aygün Mikayılova çıxış edərək tədbirin ərsəyə gəlməsindəəməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına öztəşəkkürünü bildirib.
Xatırladaq ki, bu tədbir Qarabağ Dirçəliş Fondu ilə HeydərƏliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə təşkiledilən ilk tədbir deyil.
Belə ki, 2022-ci ilin aprel ayında MTK-nın təşəbbüsü ilə“Qarabağa hərəmizdən bir fidan” şüarı altında həyata keçirilənxeyriyyə konsertindən əldə olunan vəsait hesabına Qarabağda meşəmassivin salınması layihəsinə töhfə vermək məqsədilə QarabağDirçəliş Fonduna 600 ağac ianə edilib.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu bu günə qədər “KarabakhTalks” müzakirə platforması çərçivəsində bir sıra universitetlərdəgənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlərkeçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində dəkeçirilməsi nəzərdə tutulur.