Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində ölkəmizi təmsil edən üç komanda – “Sabah”, “Sumqayıt” və “Zirə” mübarizəyə başlayır. “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanın “Fehervar” komandasını qəbul edəcək. “Zirə” “Dalğa Arena”da Slovakiya təmsilçisi “Dunayska Ştreda” ilə qarşılaşacaq. “Sabah” isə Macarıstanda İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gələcək. Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyununda “Sumqayıt” iyulun 31-də, “Sabah” və “Zirə” isə avqustun 1-də meydana çıxacaq. Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyunlar 25 iyul 20:00. “Sumqayıt” - “Fehervar” Mehdi Hüseynzadə adına şəhər stadionu. Baş hakim: Florian Lata Baş hakimin köməkçiləri: Culio Mani, Rejdi Zaimi Dördüncü hakim: Kresnik Cyapi (Hakimlər briqadası Albaniyadandır) 20:30. “Zirə” – “Dunayska Ştreda” “Dalğa Arena”. Baş hakim: İvo Torres Baş hakimin köməkçiləri: Rafael Morim, Dani Dias Balsa Dördüncü hakim: Jasmin Sabotiç (Hakimlər briqadası Lüksemburqdandır) 21:15. “Makkabi” (Hayfa) - “Sabah” Kişvarda stadionu. Baş hakim: Natan Verbumen Baş hakimin köməkçiləri: Matias Hillaert, Ruben Vins Dördüncü hakim: Uesli De Kremer (Hakimlər briqadası Belçikadandır)