EN

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş" müsabiqəsinin qalibi olub

Bakı. Trend:

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş" müsabiqəsininqalibi olub.

Trend xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırovməlumat verib.

İdarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilkmüsabiqə hesab olunan “Yüksəliş”in builki finalı 19-21 iyultarixlərində baş tutub.

“Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştiraketmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adınıqazanıb:

“Dördüncü mövsümün qaliblərindən 3 nəfərin VəkillərKollegiyasının üzvləri olduğunu bilmək xüsusilə qürur vericidir. Buöz növbəsində son illər ərzində vəkilliyə qəbul olunanhəmkarlarımızın nə qədər yüksək ixtisaslı kadr olmalarının,vəkilliyin böyük potensialının təsdiqidir. Müsabiqə qalibi olanhəmkarlarımızı böyük vəkil ailəsi adından ürəkdən təbrik edirəm vəhər birinə gələcək karyeralarında uğurlar diləyirəm. Qalibvəkillərimiz Şahlar Məmmədov, Rüfət Məmmədxanlı, EyyubFətəliyevdir”, - deyə sədr bildirib.

Chosen
100
17
az.trend.az

10Sources