EN

Dünya çempionatı: Millimiz 3-cü yer uğrunda Macarıstanla qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.  

Bizim.Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.  

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.  

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Chosen
478
50
bizim.media

10Sources