EN

Qərbi Avropada qasırğa nəticəsində ölənlərin sayı 15-ə çatıb

Ölümlərin əksəriyyətinə güclü küləyin əsdiyi ağacların aşması səbəb olub. İspaniya, Belçika, Almaniya, Fransa və Hollandiyanın cənubunda ölüm halları qeydə alınıb. Britaniya səlahiyyətliləri ölkə daxilində geniş daşqın və dağıntıların olduğunu bildirib.
QHT.az xəbər verir ki, İtaliyanın mərkəzi Toskana bölgəsində 6 nəfər, Portuqaliyada isə 3 nəfər güclü daşqınlar nəticəsində həyatını itirib, Qərbi Avropada leysan yağışlar və rekord külək nəticəsində Ciaran qasırğası nəticəsində ölənlərin ilkin sayı 15-ə çatıb.
Toskanada 40 minə yaxın insan güclü yağışlar səbəbindən işıqsız qalıb. Toskana qubernatoru Eugenio Giani küləyin sürəti Apennin adalarında 100-120 km/saat, sahildə isə 80-100 km/saata çatdı. O, sakinləri “qapalı qalmağa və yuxarı mərtəbələrə qalxmağa” çağırıb.
Qeyd edək ki, Ciaran qasırğası son rübün ən dağıdıcı qasırğası oldu. Fransanın Brittani və Normandiyada küləyin sürəti saatda 200 km-ə çatıb. Dalğanın hündürlüyü 20 metri keçib və hakimiyyət orqanları təbii fəlakət zamanı 1300 nəfəri təxliyə edib. Sürətli qatarların hərəkəti tamamilə dayandırılıb. Parisdə və ölkənin qərbindəki bir sıra kommunalarda parklara baş çəkmək qadağan edilib. Ciaran-ın vurduğu zərərin hazırda təxminən 500 milyon avroya başa gəldiyi təxmin edilir.

Pərvanə Fərhadqızı

Chosen
148
3
qht.az

5Sources