EN

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının alternativi yoxdur" - CEYHUN BAYRAMOV

“Azərbaycan dövləti hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının alternativi yoxdur. Azərbaycan tərəfindən Ermənistana bununla bağlı növbəti təkliflər göndərilib. Hazırda təklif edilən paketlərlə bağlı Ermənistandan cavab gözləyirik”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq məcburi köçkünlərimiz ata yurdlarına geri dönürlər: “Əminəm ki, Qarabağ bölgəsi ən gözəl guşələrdən birinə çevriləcək”.

Chosen
357
12
sia.az

10Sources