EN

Türkiyə Prezidenti CHP-də lider dəyişikliyinə münasibət bildirdi –“BU HEÇ NƏYİ DƏYİŞMƏYƏCƏK”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Ərdoğan bildirib ki,

CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. 

 

Dövlət başçısı bunu onunla izah edib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir: “Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.

 

Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib. Bu, Manisadan millət vəkili seçilmiş Özgür Özəldir.

 

 

Chosen
257
27
senzor.az

10Sources